Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 15:36:51
Nazir 7 yaşlı Fəridin ailəsinə başsağlığı verdi

Gənclər və idman naziri Fərid Qayıbov Sumqayıtda məşq zamanı vəfat edən uşağın ailəsinə başsağlığı verib.

Azedu.az xəbər verir ki, F.Qayıbov bu haqda danışmağın çətin olduğunu deyub:

“Hadisəyə görə təəssüf hissi keçiririk. Baş verən hadisə hamımızı şoka saldı. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik. Məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması bizim üçün prioritetdir. Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Bununla mübarizə aparırıq. Yaxın vaxtlarda yeni sistem istifadəyə veriləcək. Sistemə daxil olaraq həm idmançı, həm məşqçi, həm də hakimlərin lisenziyalaşması barədə məlumat əldə edə bilərlər”.