Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 11:55:40
Doktorantura səviyyəsinə sənəd qəbulu davam edir

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu prosesi davam edir. 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az  üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.

 

Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.