Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 11:30:00
Doktorantura təhsili üçün sənəd qəbulu sabah başa çatır

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün elektron sənəd qəbulu sabah başa çatacaq.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.

 

Xatırladaq ki, bu prosesə iyulun 15-dən start verilib.

 

"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

 

Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

 

Hər hansı əlavə sual yarandığı zaman xaricdə doktorantura təhsili ilə bağlı mütəmadi verilən suallara və onların cavablarına (FAQ/MVS) və ya [email protected] electron poçt ünvanına müraciət oluna bilər.