Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 21:00:00
Son sutkada yoluxanlar - 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 414 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 892 nəfər müalicə olunaraq sağalıb, 10 245 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir.

 

Son sutka ərzində 1237, hazırkı dövrədək isə 7 592 173 test aparılıb.