Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 20:15:31
Məşqçinin döyüb öldürdüyü 7 yaşlı Fəridin FOTOSU

Sumqayıtda idman müəllimi tərəfindən öldürülən azyaşlının fotosu yayılıb.

 

AzEdu az-ın məlumatına görə 7 yaşlı Fərid Bakarovun şəkli sosial şəbəkələrdə yayılıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən döyülüb. Uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Azyaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.