Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 09:07:53
Üç əsrin şahidi olan məktəbin yubileyi qeyd edildi - FOTOLAR

Oğuz rayonunun Yaqublu kəndində dünyəvi təhsil müəssisəsinin açılmasının 125 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

       
AzEdu.az xəbər verir ki, tədbirdə Oğuz RİH-in, YAP Oğuz rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Oğuz Rayon Təhsil Sektorunu nümayəndələri, şahid ailələrinin üzvləri, Qarabağ müharibəsinin iştirakçıları, kənd ziyalıları, müəllim və şagird kollektivi, məzunlar və digər qonaqlar iştirak ediblər.

     
Tədbirdən öncə iştirakçılar şəhid məzarlarını ziyarət edib, məktəbin adını daşıdığı şəhid T.Babayevin şərəfinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub, onların xatirəsini yad ediblər.

    
Sonra iştirakçılar məktəbin iş şəraiti ilə tanış olub, onun tarixini əks etdirən foto və şagirdlərin əl işlərindən ibarət sərgilərə tamaşa ediblər.

Məktəbin akt zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi, şəhidlərimizin, ümummulli lider H.Əliyevin, vəfat etmiş müəllimlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Tədbirdə məktəbin direktoru, Əməkdar müəllim İmran Verdiyev təhsil müəssisəsinin keçdiyi inkişaf yolu, qazandığı uğurlar, dil-ədəbiyyat müəllimi Vəfa Qurbanova məktəbin tanınmış məzunları, tarix müəllimi Şəbnəm Məmmədli şəhid və qazi məzunlarımız barədə ətraflı məlumat veriblər.

Şagird Nuray Kamilova  Heydər Əliyevə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” mövzusunda təqdimatla çıxış edib.

Məktəbin Qarabağ müharibəsinin iştirakçısı olmuş  məzunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

     
Tədbirdə şəhid ailələrinin üzvlərindən Havva Babayeva, Güləsər Hüseynova və Elvira Muxtarova,  Oğuz RİH-nin hüquq şöbəsinin müdiri Sənan Əliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati-təşkilat sektorunun məsləhətçisi Vəli Əmirli və tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Cavid Məmmədli, YAP Oğuz Rayon Komitəsinin sədri Saleh Məhərrəmov, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, məktəb valideyn komitəsinin sədri Nurlana Hətəmova, veteran müəllimlərdən Akif Davudov və digərləri çıxış edərək öz ürək sözlərini  və təbriklərini söyləyiblər.

    
 Tədbir ərzində məktəbin şagirdləri və məzunları ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Məktəbin keçmiş məzunlarının muxtəlif  musiqi alətlərində ifaları dinlənilin.

     
Daha sonra məktəbin ölkəmizdə, o cümlədən xarici ölkələrdə oxuyan və işləyən məzunlarının və keçmiş müəllimlərinin göndərdikləri təbriklər səsləndirilib.

    
Tədbirdə  Oğuz RİH və Şəki-Zaqatala RTİ-si tərəfindən məktəbin qabaqcıl müəllimlərinin bir hissəsi fəxri fərmanlarla, məktəb rəhbərliyi tərəfindən veteran müəllimlər və müsabiqə, baxış və yarışlarda fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qonaqlara yubileyl münasibəti ilə xüsusi hazırlanmış bülletenlər, məktəbin direktoru, Əməkdar müəllim İ.Verdiyevin “Yaqublu kəndi və onun məktəbi” kitabları hədiyyə olunub.

Sonda bütün tədbir iştirakçıları məktəb həmkarlar təşkilatı tərəfindən təşkil olunmuş  çay süfrəsinə dəvət olunub.