Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 17:24:00
Tibb Universitetinin də ikili diplom proqramları var...

Ölkə xaricində təhsil almaq istəyən tələbələrin əksəriyyətini maraqlandıran mövzulatrdan biri də ikili diplomlardır.

Azərbaycan universitetlərində hansı ikili diplom proqramları mövcuddur?

 

Layihəmizdə haqqında danışacağımız növbəti ali təhsil ocağı Azərbaycan Tibb Universitetidir.

 

Azərbaycan Tibb Universitetindən AzEdu.az-a bildirilib ki, Türkiyənin Gazi Universitetinin “Tibb bacısı” və “Fizioterapist və tibb bacısı” ali tibb təhsilləri səviyəsində ikili diplom işləri aparılır:

 

 

 

“Öncə bildirək ki, Azərbaycan Tibb Universiteti Qafqaz Universitetlər Birliyinin, Türk Dünyası Universitetlər Birliyinin, Qara Dəniz Universitetlər Şəbəkəsinin, “Magna Charta Universitatum” şəbəkəsinin və Çin Respublikasında "Bir Kəmər və Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı"nın (BRIMEA) üzvüdür.

 

2012-ci ildən etibarən türkdilli dövlətləri əhatə edən “Mevlana” mübadilə proqramı üzrə Türkiyənin 11 universiteti ilə müqavilə imzalanıb.  Azərbaycan Tibb Universiteti ilə Türkiyə universitetləri arasında imzalanmış "Mevlana" mübadilə proqramı müqavilələrinin siyahısı aşağıdakı kimidir:

 

  1. Kars Kafkaz Universiteti
  2. Konya Selçuk Universiteti
  3. Erzurum Atatürk Universiteti
  4. Eskişehir Eskişəhər Osman Gazi Universiteti
  5. Manisa Manisa Celal Bayar Universiteti
  6. Ankara, İstanbul Sağlık Bilimleri Universitesi
  7. Çankırı Çankırı Karatekin Universiteti
  8. Bolu Bolu Abant İzzet Baysal Universiteti
  9. Kütahya Kütahya Dumlupınar Universiteti
  10. Bilecik Bilecik Şeyh Edebali Universiteti
  11. Adana Çukurova Universiteti

 

Əlavə olaraq, Heidelberg Universitetinin Mannheim Tibb Mərkəzinin cərrahiyyə klinikası və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Almaniyada işləyən Azərbaycan dilli mütəxəssislərin potensialından istifadə etməklə cərrahiyyə sahəsində mütəxəssis hazırlığı və tədqiqatları, həmçinin həmin sahə üzrə xəstələrin idarə olunmasında da davamlı əməkdaşlığa imkan yaratmaq məqsədilə bu birgə layihəni irəli sürüb. Layihə Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən 2020-2023-cü illər üzrə PAGEL (İnkişaf etməkdə olan Ölkələrdə Səhiyyə Sektoru üzrə Tərəfdaşlıq) proqramının bir hissəsi kimi maliyyələşdirilir. Layihə vasitəsilə Mannheim Tibb Mərkəzinin cərrahiyyə klinikasının cərrahiyyə üzrə tədris planı qiymətləndirilir, yeni müalicə üsulları və fənlər arası əlaqələr müzakirə edilir və qarşılıqlı mübadilə təşkil edilir.

 

Qeyd edək ki, koronavirus səbəbi ilə həm Almaniyada, həm də Azərbaycanda səyahət məhdudiyyətləri olduğu üçün layihə 2020 və 2021-ci illərdə yalnız onlayn təlimlər (vebinar) vasitəsilə həyata keçirilib. 9 may 2022-ci il - 12 may 2022-ci il tarixləri arasında əməkdaşlıq layihəsi çərçivəsində Bakıda “Azərbaycanda kolorektal cərrahiyyədə modifikasiya edilmiş “Əməliyyatdan sonra intensiv bərpa” (ERAS) prosesinin yaradılması və tətbiqi” konqresi və bir sıra təlimlər keçirilib. May ayının 10-da Azərbaycanın tərəfdaş klinikasının rezidentləri ilə ilk görüşümüzü təşkil etdik. Görüşdə Mannheim Tibb Mərkəzinin cərrahiyyə klinikasının nümayəndə heyəti Prof. Tibb Elmləri doktoru Kristof Reissfelder, Dosent Tibb Elmləri doktoru Florian Herrle, Tibb Elmləri doktoru Steffen Seyfried, Tibb Elmləri doktoru Vüqar Yaqublu iştirakı ilə baş tutdu. Prof. Tibb Elmləri doktoru Kristof Reissfelder “Gənc cərrahların yolu” mövzusunda mühazirə oxuyaraq Almaniyada cərrahiyyə təhsilinin əsasını təşkil edən nüanslar barədə məlumat verib”.