Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 10:49:47
11 yaşlı uşağı maşın vurub öldürdü

Sabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Muğan prospektində baş verib. Şəhər sakini 1952-ci il təvəllüdlü Ələkbərov Feyruz Ayaz oğlu sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Mercedes” markalı avtomobillə şəhərin Muğan prospektində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada - Sabirabad rayonu Qalaqayın kənd sakini 2012-ci il təvəllüdlü Qasımlı Rəvan Pərviz oğlunu vurub. Azyaşlı xəstəxanada ölüb.

 

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə başlanılmaqla istintaq aparılır.