Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 11:23:00
Yeni tədris binaları inşa olunur

Babək rayonunda yeni tədris binaları inşa olunur.

 

AzEdu.az Report.az-a istinadən xəbər verir ki, Nehrəm qəsəbəsində 3 nömrəli tam orta məktəbdə də inşaat işləri davam etdirilir.

 

Həmçinin Babək şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün tikilən yeni binanın inşaat işləri yekunlaşır.

 

4 mərtəbədən ibarət 936 şagird yerlik təhsil ocağında 52 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter otağı, hərbi kabinə, kitabxana, idman zalı yerləşəcək. Həmçinin məktəbdə STEAM kabinəsi və elektron lövhəli siniflərin də yaradılması nəzərdə tutulub.

 

Hazırda məktəbin tədris korpuslarında əsas inşaat işləri yekunlaşıb. Məktəbin həyətində də abadlıq işləri aparılacaq.

 

Babək şəhərinin Heydər Әliyev prospektində rayonun məktəbdənkənar müəssisələri üçün 3 mərtəbəli yeni bina tikilir.

 

Müasir memarlıq üslubunda tikilən binada Texniki-Yaradıcılıq Mərkəzi, sərgi salonu, STEAM otağı, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, müəllimlər otağı, xalçaçılıq, toxuculuq və bədii tikmə, rəsm-vitraj sinifləri, qum sənəti otağı, arxiv, rəqs və gimnastika zalı, cihazların saxlanması, eləcə də digər otaqlar fəaliyyət göstərəcək. Həmçinin binada səma cisimlərinin müşahidəsi üçün terras da yaradılıb.