Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 11:07:16
Müəllimlərin maaşı onların biliyinə görə artmalıdır - Deputatdan TƏKLİF

Müəllimlərin maaşları hər dəfə artır. Amma müəllimlərin maaşlarının artması onların bilik və bacarıqlarına uyğun olaraq artırılmalıdır.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Etibar Əliyev bildirib.

 

"Bundan əlavə, məktəblərdə dərslərə nəzarət olunmalıdır. Yuxarı siniflərdə dərslərə davamiyyət demək olar ki, 40%-i keçmir. 10-11-ci sinif şagirdləri dərsə gəlmir. Belə olan halda inkişafdan söz gedə bilməz”, - deyə deputat vurğulayıb.

E.Əliyev Elm və Təhsil Nazirliyinin vəzifələrindən də danışıb. Deyib ki, nazirliyin üzərinə bu qədər vəzifənin qoyulması düzgün deyil:
 

“Nazirlik üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Mən onların kitabxanasında olmuşam, amma kifayət qədər qənaətbəxş deyil. Bu qədər dəyişikliklər olunur, amma nazirliyin ortada bir işi yoxdur. Ötən dəfə nazir burada çıxış edəndə biz təklif etdik ki, peşə məktəbləri açılsın. Çünki ölkədə bu sahədə ciddi çatışmazlıq var. Düzdür, məscid, restoran və s. yerlər var. Amma peşə məktəbləri yoxdur. Nazir bir yerə qeyd etdi, bəlkə də o qeydləri artıq itirib. Bildirim ki, biz nə qədər nazirliyə təkliflər versək də, ciddi nəticələr yoxdur”,- deyə deputat iradlarını çatdırıb.