Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 19:39:54
Bu günün yoluxma sayı - daha 2 nəfər öldü 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 831 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 811 nəfər müalicə olunaraq sağalıb, 10 235 nəfər vəfat edib, aktiv xəstə sayı 221 nəfərdir.

 

Son sutka ərzində 1 437, hazırkı dövrədək isə 7 587 257 test aparılıb.