Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 17:55:00
UNEC-də Heydər Əliyev irsi müzakirə olundu

UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” Tədbirlər Planı çərçivəsində SABAH Mərkəzinin təşkilatçılığı və Kitabxana İnformasiya Mərkəzi əməkdaşlarının iştirakı ilə “Heydər Əliyevin təhsil siyasətinə retrospektiv baxış” adlı tədbir keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, tədbiri giriş sözü ilə SABAH Mərkəzinin rəhbəri i.e.n., dosent Aida Quliyeva açaraq, Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən danışıb. Aida xanım ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə təhsilin bütün səviyyələrinin, o cümlədən, ali təhsilin inkişafına xüsusi diqqət ayırdığını bildirib. Heydər Əliyevin təşəbbüsü ilə hələ SSRİ dövründə minlərlə azərbaycanlı gəncin İttifaqın aparıcı ali təhsil müəssisələrinə göndərildiyini, bu faktorun dövlət müstəqilliyinin bərpasından sonar da Azərbaycanın hərtərəfli inkişafının əsas drayverlərindən biri kimi çıxış etdiyini xüsusi vurğulayıb. 

 

SABAH Mərkəzinin müəllimi Gülər Əliyeva məruzə ilə çıxış edərək, Heydər Əliyevin müxtəlif tarixi mərhələlərdə Azərbaycan təhsilinin inkişafındakı roluna dair nümunələr təqdim edib və statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

UNEC-in Əsaslı kitabxanasının müdir müavini Yusif Musayev isə ulu öndər Heydər Əliyevin təhsil siyasətinin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında və intellektual gəncliyin formalaşmasında əhəmiyyətli rolundan danışıb. 

 

Müzakirə formatında davam edən tədbirdə tələbələr ümummilli lider Heydər Əliyev irsi ilə bağlı fikirlərini bölüşüblər.