Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 16:33:10
AMEA: Xaricdə təhsil proqramları var, elmi tədqiqatlar üçün də modelini tapmalıyıq

Xaricdə təhsil proqramları var. Bunun elmi tədqiqatlar üçün də modelini tapmalıyıq. Gənclərimizin xaricdə gedib elmi tədqiqatlarda iştirak etmələri üçün qrant ayrılmalıdır.

 

AzEdu.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev deyib.

 

O əlavə edib ki, alimlərə elə vəsait ayrılmalıdır ki, onlar sadəcə elmi tədqiqatlara yönəlsinlər:

 

"Onu da qeyd edim ki, dünyanın nüfuzlu elmi jurnallarında məqalə çap etdirmək çox çətindir. Məsələn, bizim iki il əvvəl bir məqaləmiz var idi. Göndərdik ki, çap etsinlər. Bütün instansiyalardan keçsə də, sonda 1400 İsveçrə frankı (təxminən 2600 manat - red.) pul istədilər. Biz də başqa bir yerdə dərc etdirdik".