Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 16:07:17
Layihə təqdim edən alimin əməkhaqqı artacaq - Emin Əmrullayev

Universitetlər üzərindən institutların maliyyələşdirilməsi mexanizminin tətbiqinə başlanılacaq.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

 

O bildirib ki, bu ilin sentyabrından bu mexanizm tətbiq olunacaq:

 

"Hesab edirik ki, bu, növbəti illərdə institutların inkişafına və universitetlərin elmi-tədqiqatlarının genişlənməsinə gətirib çıxaracaq. Beləliklə, layihə təqdim edən alimin əməkhaqqı artacaq, əks halda isə sabit qalacaq".