Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 11:50:00
5 yaşlı uşaqlar 1-ci sinfə qəbul oluna bilməz - NAZİRLİK

“6 yaşı tamam olmamış uşaqlar birinci sinfə qəbul prosesində iştirak edə bilməz”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

 

“Məlum olduğu kimi, “Təhsil haqqında” Qanunda son illərdə müvafiq dəyişiklik oldu. Bu dəyişiklik kiçik bir anlaşılmazlığın qarşısını aldı. Artıq bir neçə ildir ki, birinci sinfə məhz il ərzində 6 yaşı tamam olmuş uşaqlar gedə bilir. Bu da o deməkdir ki, 2017-ci ildə dünyaya gəlmiş uşaqlar bu il birinci sinfə gedəcəklər. Bu yaşdan kiçik olan uşaqların birinci sinfə getməsi qanunaziddir. 7-8 yaşından yuxarı uşaqlar da olur ki, onlar müxtəlif səbəblərdən təhsil almağa gecikirlər. Həmin uşaqlar fərdi təhsilə cəlb olunurlar".

 

O.Abbasov qeyd edib ki, 5 yaşında uşaqların hər hansı bir istedadı olsa belə, birinci sinfə gedə bilməz:

 

“5 yaşında uşaqlar yalnız məktəbəhazırlıq qruplarına qəbul oluna bilərlər, bu proses isə cari ilin avqust ayında başlayacaq”- deyə o, fikrini tamamlayıb.