Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 09:22:13
7-ci sinif şagirdi nədən ölüb? - SƏBƏB

Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin şagirdi qəfildən vəfat edib.

AzEdu.az xəbər verir ki, sözügedən məktəbin 7-ci sinfində oxuyan İbrahim Əlizadənin qəfil ürəktutmasından öldüyü deyilir. Onun ürəktutmasından dünyasını dəyişdiyini yaxınları bildiriblər.

Hadisə aprelin 21-də baş verib.

Məktəbin adından yazılan başsağlığında mərhum İbrahim Əlizadənin tərbiyəli, mərifətli şagird olduğu, istər müəllim heyəti, istərsə də sinif yoldaşları ilə həmişə mehriban davrandığı bildirilib.

Allah rəhmət eləsin...