Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 11:50:00
“1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar” - Nazir

“1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar”.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, həmin müddətdə xeyli sayda məktəb tikilib: “Bu tendensiya növbəti illərdə də davam etdirilib. Ali təhsillilərin sayının artırılması vacib amillərdən olub. Əgər həmin müddətdə ali məktəbdə oxuyan şəxslərin sayı 100 min idisə, hazırda bu rəqəm 220 mindir. Bəzən təhsil və elmlə bağlı böyük hədəflərdən danışırıq. Bir faktı da qeyd edim ki, 1920-ci ildə insanların cəmi 10 faizi savadlı olub. Ali təhsillilərin sayı isə əvvəlki yüz ildə cəmi bir neçə min adam olub. Həmin dövrdə ali təhsilli həkimlərin sayı da az olub. Yüz illik dövrdə elm və təhsil adına əldə etdiyimiz dinamika məhz ötən əsrin 70-80-ci illərində qeydə alınıb. Belə ki, Ulu Öndərin 70-ci illərdə ali təhsillilərin sayının artırılmasında böyük rolu var. Məhz bu dövrdə Azərbaycanın elm və təhsil sahəsində geriyə dönüşü olmayan müsbət dinamikanın təməli qoyulub. Azərbaycan dilində tədris verən ümumi təhsil müəssisələrinin sayının artırılması və bu kimi irəliləyişlər məhz onun adı ilə bağlıdır. 1970-ci ildən başlayaraq 15 minə yaxın gəncin ölkədən kənarda təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin dövründə olub".