Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 09:40:00
Azərbaycan dili imtahanında bal məhdudiyyəti var? - DİM-dən CAVAB

7 may tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün 1 cəhd) keçiriləcək.

 

İmtahanda iştirak edəcək şəxsləri bir sual maraqlandırır: imtahanda hər hansı bal məhdudiyyəti varmı?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumatda bildirilib ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olmalıdır.

 

“Birinci imtahandan müvafiq balı toplaya bilməyənlər qəbul imtahanına buraxılır. Ancaq ikinci imtahanda müvafiq balı toplaya bilməyənlər müsabiqəyə buraxılmır”.

 

 

Qeyd edək ki, Azərbaycan dili imtahanının (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün) 2-ci cəhdi 18 iyunda keçiriləcək.