Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 22:52:26
İmtahanda yüksək bal topladı - Abşeron üzrə ən yaxşı nəticə göstərdi

12 mart buraxılış imtahanında Abşeron rayonu Masazır qəsəbəsindəki 3 nömrəli məktəbin şagirdi Məşədibəyova Xəyalə Səbuhi qızı yüksək nəticə göstərib.

AzEdu.az-ın məlumatına görə, 11 illik çalışmaların bəhrəsini buraxılış imtahanından 290.4 bal toplayaraq görən Xəyalə Abşeron rayonu üzrə ən yaxşı nəticəyə imza atan abituriyent olub.

Xatırladaq ki, Masazır qəsəbəsindəki 3 nömrəli məktəbin də daxil olduğu Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt və Xırdalan şəhərləri, Xızı və Abşeron rayonlarını əhatə edir.

5 mart buraxılış imtahanının nəticəsi üzrə bu regionun ən yüksək bal toplayan şagirdləri haqda ötən yazımızda bəhs etmişdik.