Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 14:59:00
Şagirdlər üçün təhlükəyə çevrilən "Tutku", "Ozmo" şirniyyatlarının aqibətinə aydınlıq gətirildi - RƏSMİ

“Sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" (yaşlı noxud) qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb”

Bunu AzEdu.az-a açıqlaması zamanı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Priyev deyib. Onun sözlərinə görə, son günlər bir sıra media orqanlarında və sosial şəbəkələrdə ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan məlumatlar yayılır:

“Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, qeyd olunan məhsullar ("Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo"şirniyyatları və "Banduel" məhsulları) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və İdxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur.  Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" (yaşlı noxud) qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.  Hazırda satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir”.

Qeyd edək ki, mediada AQTA-nın mağazalarda “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo” kimi şirniyyatların satılmaması ilə bağlı göstəriş verdiyi xəbərləri öz əksini tapıb. Məhsulların satışına qadağa qoyulmasına səbəb isə  onlarda insan sağlamlığı üçün bakteriyaların aşkarlanması olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları