Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 12:41:09
Sabahın havası - Duman, yağmursuz, 25 dərəcə isti...

Aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək.

 

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq rayonlarda arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.