Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 11:17:00
Bəxtiyar Aslanbəyli məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 19-da Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse- prezidenti Bəxtiyar Aslanbəyli olacaq.  

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

 

Görüşü, həmçinin “İki sahil” internet televiziyası da işıqlandıracaq.