Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 10:27:21
Həftəsonu 4 gün qeyri-iş günü olacaq - QƏRAR

Bu həftənin sonunda Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

AzEdu.az xəbər verir ki, Baş nazir Əli Əsədovun 9 dekabr 2022-ci il tarixli qərarı ilə bu il Ramazan bayramı 21, 22 apreldə qeyd olunacaq.

22 aprel şənbə gününə təsadüf etdiyindən iş günlərinin yeri dəyişdirilib və 24 aprel də qeyri-iş günü elan olunub.

Beləliklə, Azərbaycanda bayrama görə ardıcıl olaraq 4 gün (21, 22, 23, 24 aprel) qeyri-iş günüdür.