Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 17:24:13
Bu il 15 universitet akkreditasiyadan keçiriləcək

Bu ilin sonuna qədər 15 ali təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov deyib.

O bildirib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin sadəcə 35-də keyfiyyətin təminatı bölməsi fəaliyyət göstərir:

"Bunun da əsas səbəbi qanunvericilikdə bu istiqamətdə konkret tələbin olmamasıdır".