Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 17:13:58
Ötən il 1 yaşadək uşaqlar arasında 959 ölüm halı olub

Ötən il 1 yaşadək uşaqlar arasında 959 ölüm halı qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna Dövlət Statistika Komitəsindən verilən cavabda bildirilib.

 

Qeyd edilib ki, hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayına və körpə ölümünə dair statistik məlumatlar illik dövrülüklə əldə edilir: "2022-ci ildə ölkə üzrə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 18, 1 yaşadək ölən uşaqların sayı isə 959 nəfər olub".