Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 16:51:39
UNEC-də tədbir: “Beynəlxalq münasibətlərdə milli kimlik amili”

UNEC-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏGF) Avrasiya üzrə Regional Mərkəzi tərəfindən tələbələr üçün silsiləli mühazirələr davam edir.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İƏGF-nin Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə UNEC-də keçirilən “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” adlı silsilə proqramları çərçivəsində növbəti mühazirə Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov tərəfindən “Beynəlxalq münasibətlərdə milli kimlik amili” mövzusunda keçirilib.

 

Tədbirdə Elşad İskəndərov “Beynəlxalq münasibətlərdə milli kimlik amili” mövzusu haqqında ətraflı danışıb, iştirakçıların suallarını cavablandırıb.