Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 13:04:00
“Gələcəyim üçün çox fərqli planlarım var” - “Brend tələbə” ilə MÜSAHİBƏ

 

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

 Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi Cəmilə Qurbanovadır. 

 

- Aktiv və sosial tələbə kimi nə zamandan fəaliyyət göstərməyə başladınız?

 

- Aktiv tələbə olaraq fəaliyyətim universitetə başladığım gündən etibarən davam edir. 2019-cu il sentyabr 17-də Tələbə Həmkarlar İttifaqı Komitəsinə menecer olaraq seçilmişəm, fəaliyyətim elə o zamandan aktivləşib. Daha sonra THİK daxilində əyləncə və məntiq klubu yaratmaq təşəbbüsü ilə çıxış etdim və bu şəariti mənim üçün universitet rəhbərliyi yaratdı. Burdan başlayaraq fakültə daxilində rəhbər müavini, fakültə rəhbəri seçildim. 03.03.2022 tarixindən etibarən sədr dos.V.R.Məmmədovun müavini olaraq fəaliyyətimi davam etdirirəm.  

 

- Fərqli dillər öyrənməyə marağınız var? Hansı dilləri bilirsiz?

 

- Fərqli dillər öyrənməyə marağım çox olsa da, bu sahədə bacarıqlı deyiləm. Dil öyrənmək üçün kifayət qədər zamanım olmur. Vaxtımı proqramlaşdırmanı öyrənməyə sərf etmək daha məqsədəuyğun gəlir. 

 

 

Açıklama yok.

 
- Tələbələr çox vaxt universitet illərində gəzib əylənmək istəyir. Heç olubmu ki, könüllü fəaliyyətlərinizə görə digər tələbələrdən geri qalasız?

 

- Əslində bu mövzuda heç bir problemim yoxdur. Könüllü fəaliyyətim  ətrafım, qrup yoldaşlarımla daha çox zaman keçirməyimə səbəb olur. Çünki bir çox layihədə birlikdə oluruq və onlarla zaman keçirmək ən gözəlidir. Tək olarkən isə film izləməyi, kitab oxumağı və sahildə gəzməyi çox sevirəm. 

 

- Universitet və ixtisas seçimindən razısınız? 

- Universitet və ixtisas seçimindən çox razıyam. İndiki zamanda çox prestijli bir peşə olduğunu düşünürəm. İxtisasımın ikili olması (riyaziyyat-informatik müəllimliyi) isə məni daha çox sevindirir.

 

 

- Bəs uşaqlıqda xəyalını qurduğunuz bir peşə var idimi?

 

- Uşaqlıqdan informasiya təhlükəsizliyi (İT) mütəxəsisi olmaq istəyirdim. Lakin hazırda ixtisasım informatika müəllimliyidir. Xəyalını qurduğum peşə tam bu olmasa da, elə bir seçimdir ki, informatika müəllimliyinə əsaslanaraq İT mütəxəsisi pilləsinə qədər yüksələ bilərəm. Bunun mənim üçün böyük şans olduğunu düşünürəm. 

 

 

 - “Kaş bu məndə olmazdı” dediyiniz xasiyyətiniz var?

 

- Əslində bu suala cavab vermək çətindir. Özüm haqqımda danışmağı çox sevmirəm, hər kəs məni öz pəncərəsindən fərqli tanıyır və fərqli yanaşır. Özümdə heç bəyənmədiyim xüsusiyyətimi desəm, bu “yox” deməyi bacara bilməməyimdir. Və hər şeydə müəyyən qədər səhv tapıram. Düşünürəm ki, kənardan məni izləyənlər narazı bir insan kimi görür. Mükəmməl olmaq deyil, sadəcə gördüyüm işlərin səhvsiz olmasına çalışmaq mənim sevdiyim, amma ətrafımın sevmədiyi bir şeydir. Bəzən insanların səhv edərək öyrəndiyini unuduram.  

 

 

Açıklama yok.

- Sizcə ən maraqlı illər hansıdır - məktəb, hazırlıq, yoxsa universitet dövrü? Və niyə?

 

- Bunlar hər biri həyatın fərqli pilləsidir və seçim etmək çox çətindir. Çünki həyatımın hər anı mənim üçün çox qiymətlidir. Məktəb, hazırlıq və universitet zamanların çox şey öyrənmişəm və bu, davam edir. Bitirdiyim təhsil pillələri üçün darıxsam da, növbəti mərhələlərə uğurla keçdiyimə görə çox sevinirəm. İndini yaşamaq daha sevindiricidir, geriyə qayıtmaq şansımız yoxdur. Ona görə də, tələbəlik deyəcəm. 

 

- Qazandığın nailiyyətlərin, uğurların və gələcək hədəflərin barədə danışmağın xoş olardı...

 

- Mən indiki zamana qədər çox şey qazanmışam. Təhsil, dost, ətraf - onlar həyatımda çox yer tuturlar. Qazandığım uğurlar başqalarına görə kiçik ola bilər, amma onları düşünəndə üzündə gülüş yaranırsa, deməli, elədiklərin sənə nəsə qatıb.
Ali məktəbə qəbul olunmaq indiki dövr üçün sıradan bir hadisədir. Mən məktəb vaxtlarımdan dərslərimdə, müsabiqələrdə aktiv olmuşam, ilk uğurlarım elə ordan başlayıb. Respublika olimpiadalarında çıxış etmişəm və mənə uğur qazananda dəstək verən insanların bura qədər gəlməkdə rolları çox olub. Gələcəyim üçün çox fərqli planlarım var. İndi sadəcə sizə magistratura mərhələsinə hazırlaşdığımı açıqlaya bilərəm. İxtisasım mənə o qədər çox qapılar açır ki, bunu yaxşı dəyərləndirəcəyimə əminəm. Gələcəkdə də uğurlu olacağıma inanıram.