Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 09:56:00
“Brend tələbə” dərslik müəlliflərinə müraciət etdi: “Bunlar bizi yorur!” 

"Zamanın tələbləri tələbələri kimi fərqlidir".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "Brend tələbə"si Raman İsmayılov deyib.

 

O, Azərbaycan tələbələri adından alimlərə müraciət edib:

 

"Ölkəmizdə elmi sferada illərdir tətbiq olunan klassik kitab tərtibi metodunun ciddi şəkildə yenilənməyə ehtiyacı var. Ali məktəblərdə Azərbaycanlı alim və tədqiqatçılar tərəfindən qələmə alınan dərsliklərin hamısı eyni süjet xəttinə malikdir: Mövzu və onun əhəmiyyəti, predmeti, bağlı olduğu sahələr, başqa elmlərlə əlaqəsi və s. Sovet dövründən bu günə qədər yazılan ali məktəb dərsliklərinin - Sosial və humanitar elmlərdən texniki - empirik elmlərə qədər - təxminən 90 faizi qeyd etdiyim metodikadan kənara çıxmır", - deyə Raman İsmayılov qeyd edib.

 

Tələbə Azərbaycan alimlərinə və ali məktəb dərsliklərinin müəlliflərinə müraciətində bunları əlavə edib:

 

"Əziz alimlər! Bu metod sizi alim kimi yetişdirsə də, sizdən sonrakı nəsli yetişdirə bilmir, bunu birmənalı şəkildə anlamaq lazımdır. Bir sorğu təşkil edin: tələbələrin neçə faizi üçün bunlar maraqlıdır? Kitabı açan kimi qarşıya çıxan "predmet", "metod", "məqsəd və vəzifələri" kimi mövzu başlıqları tələbələri yorur və həvəsdən salır. Daha anlaşıqlı bir dildə mövzuya başlamaq olar. Hər dərsliyi işləyəndə fərqli sitat və tarixi məlumat yerləşdirmək yenilik üçün kifayət deyil! İndi zamanın tələbləri zamanın tələbələri kimi fərqlidir".