Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-16 11:44:49
Polad Həşimovun oğlu “Kiber Ulduz” yarışmasına qatıldı - FOTO


Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun oğlu Davud Həşimov Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunmuş “Kiber Ulduz” yarışmasında iştirak edib.

AzEdu.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov bildirib.

Milli Qəhrəmanının yeniyetmə oğlu ilə birgə fotosunu ictimailəşdirən rektor şəkilə sosial şəbəkədə belə şərh yazıb:

“Çox ağıllı, ədəbli, inanclı, bacarıqlı, təvazökar, Şəhid Generalımızın adına layiq oğuldur. Ruhun şad olsun, Milli Qəhrəmanımız!”.

Qeyd edək ki, Milli Qəhrəman Polad Həşimovun 3 övladı – bir qızı, iki oğlu var. Şəhid generalın böyük övladı – qızı Aybəniz Həşimova 2021-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub.

Davud Həşimov generalın böyük oğludur, 16 yaşı var.

No description available.