Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-15 17:10:35
Direktor vəzifəsinə işə qəbul imtahanları başa çatdı

Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq istəyən  namizədlər üçün test imtahanı keçirilib.

 

Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

 

Test imtahanında 1108 nəfər iştirak edib.