Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-15 06:37:00
Süni intellekt bu peşələrin "yoxa çıxmasına" səbəb ola bilər - SİYAHI

Qarşıdakı illərdə süni intellektlə işləyən məşhur "ChatGPT" kimi proqramların bir sıra peşələri əvəz edəcəyi gözlənilir.

 

AzEdu.az xəbər verir ki, "Business Insider" portalının mütəxəssisləri süni intellektin inkişafı nəticəsində tamamilə yox ola biləcək 10 peşənin siyahısını tərtib ediblər. 

 

Siyahıya aşağıdakılar daxildir:

- proqramçılar,
- jurnalistlər,
- hüquq məsləhətçiləri,
- marketoloqlar,
- müəllimlər,
- maliyyə analitikləri,
- treyderlər,
- qrafik dizaynerlər,
- mühasiblər,
- yardımçı heyətlər.

 

"Goldman Sachs" analitik mərkəzinin məlumatına görə, süni intellekt dünyada mütəxəssislərin 7%-ni əmək bazarından sıxışdırıb çıxara bilər. Qeyd olunur ki, "ChatGPT" və ya "Midjourney" kimi süni intellekt alətləri ABŞ-da hər dörd işçidən birini əvəz edəcək. Bu texnologiyanın 300 milyon insanın işsiz qalmasına səbəb olacağı ehtimal edilir.