Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 09:06:00
Mini yubkanın dizayneri vəfat edib

Moda sənayesində dünyanın aparıcı simalarından biri olan Meri Kuant 93 yaşında Böyük Britaniyanın Surrey şəhərindəki evində vəfat edib .

AzEdu.az xəbər verir ki, Kuant 1930-cu ildə Londonda anadan olub. O, dizayn sahəsində ilk addımlarını 7 yaşında atmağa başlayıb, lakin valideynləri onun təşəbbüslərini uşaq həvəsi hesab edərək, ciddi dəstəkləməyiblər. 1955-ci ildə Meri Kuant Londonun tarixi rayonlarından birində öz butikini açıb və burada 60-cı illərin küçə modası üslubunda geyimlər satmağa başlayıb.

O ərəfədə Meri, məsələn, model Twiggy'nin zövqlə poza verdiyi mini ətəkləri də nümayişə çıxarıb. Qadın şortu, dar çoxrəngli şalvar, platforma ayaqqabı, sadə qısa saç düzümü və parlaq makiyaj modasına töhfə verənin də Kuant olduğuna inanırlar. Eyni zamanda məşhur dizayner geyimlərində sintetik parçadan ilk istifadə edənlərdən olub.