Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-23 10:57:00
Əmək müqaviləsi 5 ildən çox müddətə uzadıla bilər - Yalnız bu halda 

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, çalşmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən daha çox müddətə uzadılması mümkündür.

AzEdu.az xəbər verir ki, İşçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılmasına o halda icazə verilir ki, həmin müəllim,

Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilib;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülüb;
İşlədiyi sahə üzrə elmi dərəcəsi və ya elmi adı var;
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvüdür;
Dövlət mükafatı laureatıdır;
1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilib.

Bu meyarlar gözlənilməklə müəyyən razılıq əsasında müəllimlərin əmək müqaviləsi müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

Qeyd edək ki, bu meyarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyən edilib.