Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 15:58:00
Nazirlik uşaqlarda dəmir defisitinin səbəbini açıqlayıb

Uşaq 6 ayından sonra hələ də ana südündədirsə və ya verilən əlavə qidaların içərisində dəmirin miqdarı azdırsa, dəmir defisitli anemiyalar ortaya çıxır.

 

AzEdu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.

 

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 5 yaşına qədər olan uşaqların 45 faizində dəmir defisiti ilə əlaqədar anemiyalara rast gəlinir.

 

"Dəri və selikli qişaların hamarlaşması qanazlığının əsas əlamətidir. Hamiləlik dövründə keçirilən müəyyən xəstəliklər, qəbul edilmiş müəyyən dərmanlar uşaqlarda anomik problemlərə səbəb ola bilər. Qanın ümumi analizi verməklə, hemoqlabin və eritrositlərin miqdarına uyğun olaraq qanazlığını müəyyən etmək olar".