Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 14:27:30
Bu kollecin direktor müavini işdən çıxdı

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb.

 

Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.