Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 09:15:00
“Tarixdə bu gün” - 7 may nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

7 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

7 may-Radio günüdür:

 

7 may dünya elm və texnikası tarixinə radionun ad günü kimi daxil olub. 1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı məruzəylə çıxış edərək dünyada ilk radioqəbuledicini təqdim etdi. 

 

1945-ci il mayın 7-də SSRİ radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram etdi. Bununla əlaqədar olaraq, 7 may tarixini hər il “Radio günü” kimi qeyd etmək qərara alındı.

 

7 may 1880-ci ildə Azərbaycan rəssamı, satirik qrafika və illüstrasiya ustası Əzim Əzimzadə anadan olub:

 

O, 1906-cı ildən “Molla Nəsrəddin”, 1910-cu ildən isə Bakıda çıxan digər satirik jurnallara karikatura və yumorisrik rəsmlər çəkib. Əzim Əzimzadənin Sabirin “Hophopnamə”sinə illüstrasiyaları onun ən yüksək sənət nümunələridir.

 

İkinci Dünya Müharibəsi dövründə rəssam siyasi plakat janrında da yaddaqalan əsərlər yaradıb.

 

7 may 1945-ci ildə alman generalı Alfred Jodl Fransanın Reyms şəhərində qeyd-şərtsiz təslim olma şərtlərini imzalayıb və Almaniyanın müharibədə iştirakına son verib:

 

Sənəd növbəti gün qüvvəyə minib. Bununla da İkinci Dünya Müharibəsi sona çatdı.

 

7 may 1992-ci ildə Azərbaycan, Ermənistan və İran arasında Tehran Kommünikesi imzalanıb:

 

Ermənistan və Azərbaycan arasında Azərbaycan SSR-in keçmiş muxtar vilayəti olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı dörd ildir davam edən düşmənçiliyə son qoymaq niyyəti ilə imzalanıb.