Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 11:43:18
DİM-dən eşitmə problemi olan abituriyentlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış və qəbul imtahanları zamanı abituriyentlərin üst-başları ciddi şəkildə yoxlanılır. Bu zaman onların üzərində aşkarlanan bütün yad əşyalar, həmçinin elektronik cihazlar götürülür. Təbii ki, həmin əşyalarla imtahan zalına daxil olmaq qadağandır. Ancaq bəzi texnoloji cihazlar var ki, onlar yeniyetmənin sağlamlığı üçün zəruridir, məsələn eşitmə cihazı.

 

Bəs hansı halda iştirakçıların eşitmə cihazı və bənzər aparatla imtahan zalına buraxılmasına icazə verilir?

 

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə sözügedən mövzuyla bağlı AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, abituriyent həmin cihazla yalnız bir şərtlə imtahana buraxılır.

 

“Bunun üçün əvvəlcədən DİM-ə müraciət edib qeydiyyatdan keçmək lazımdır. Həmin qurğunun təyinatı, həmçinin eşitmə ilə bağlı problemi təsdiq edən sənədlər təqdim edilməlidir.

 

Xüsusi olaraq qeyd edək ki, əvvəlcədən bu barədə DİM-ə məlumat verilməzsə, imtahana buraxılış zamanı həmin cihaz iştirakçıdan götürüləcəkdir".