Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-09 15:50:00
İranda etiraz aksiyaları davam edir 

Tehran, Sistan və Bəlucistan, Xuzistan və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib.

 

AzEdu.az xəbər verir ki, bir sıra şəhərlərdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib.

 

“Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!”, "Bu il qan ilidir, Seyid Əli devrilməlidir!" və bu kimi şüarlar səsləndirilib.

 

Tehran şəhərinin Ziba, Baqeri bölgəsində etirazlar davam edib, hökumət və Xamenei əleyhinə şüarlar səsləndirilib.

 

Xuzistan əyalətinin Behbahan şəhərində etirazçı gənclər divarlara şüarlar yazıblar: “Qatil Xameneiyə ölüm!”, “Qisas gününə heç nə qalmayıb!”

 

Bundan başqa, Almaniyanın Darmştad şəhərində iranlılar İİR qarşı inqilabi qiyama dəstək yürüşü keçiriblər.

 

Urmiya, Kərəc, Nişapur şəhərlərində müəllimlərin aksiyası davam edib. Onlar tələblərinin yerinə yetirilməsini istəyiblər və “Həbsdə olan müəllim azad edilməlidir!”, “Müəllim qışqır, haqqın üçün qışqır!” şüarı səsləndiriblər.

 

Əhvazda müəllimlər Baş Təhsil İdarəsi qarşısına toplaşaraq, hicabsız tələbələrin dərslərə buraxılmadıqları, məktəbli şagirdlərin zəhərlənməsi, maaşlarının vaxtında verilməməsi səbəbindən yürüş keçiriblər.

 

Son 65 gündə 138 məhkum edam edilib.

 

Son ümumxalq etirazlarında öldürülən Həmidrza Ruhinin atası Əli Ruhi həbs olunub. O, oğlunun ad günü münasibətilə etiraz aksiyaları keçirildikdən sonra saxlanılıb. Mərhumun bibisinin həyat yoldaşı da həbs edilib. Məlumata görə, Həmidrza Ruhinin anası, bacısı və qardaşı da telefonla polisə çağırılıb.