Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 13:10:00
Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü necə bölüşdürülür? - QANUNVERİCİLİK

Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət növlərindən biri də sosial məzuniyyətlər adlanır.


Sosial məzuniyyətlər aşağıdakılardı:

 

- hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün məzuniyyət;

- uşaqları övladlığa götürmüş qadınların məzuniyyəti;

- uşağa bilavasitə qulluq edən valideynin, yaxud ailənin başqa üzvünün məzuniyyəti.

 

Bu məzuniyyətlər ödənişlidir.

 

Bəs sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü necə bölüşdürülür?

 

 

AzEdu.az “Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” qaydalarına istinad etməklə sözügedən məsələyə aydınlıq gətirir:

 

Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir:

 

 - dərs yükü müəssisədə çalışan ixtisaslı müəllimlər arasında bölüşdürülür;

 

 - Tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir;

 

Əlavə olaraq qeyd edək ki, yuxarıda sadalananlar mümkün olmadığı halda müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik  tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir. Müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla təklif edilir. Müsabiqənin nəticələrinə əsasən müddətli müqavilə ilə işə qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.