Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 10:56:00
Savadsız qadın 80 ilə dörd dildə 1658 kitab oxuyub

Orta məktəb təhsili belə olmayan 94 yaşlı avstraliyalı qadın 14 yaşından oxuduğu kitabların siyahısını tərtib edib.

AzEdu.az xəbər verir ki, onun nəvəsi Mayers Tvitter hesabında siyahını təqibçilərlə bölüşüb.

Avstraliyanın Alfakrytsis Universitet kollecinin direktoru öyrənib ki, onun 94 yaşlı nənəsi  ömrü boyu oxuduğu kitabların siyahısını yazıb. O, hətta bu siyahını çap edib. Mayers siyahıdan müəyyən hissələrin şəklini çəkərək onu öz Tvitter hesabında yerləşdirib.

“Bu bir insanın bir əsrlik şüurunun çox maraqlı arxividir”,- deyə bildirib.

Ailə 1945-ci ildə Yuqoslaviyadan qaçıb. İlk vaxtlar onlar Almaniyada yaşayıb, sonralar isə Avstraliyaya köçüblər. Mayersin nənəsi heç məktəbi qurtara bilməyib, buna baxmayaraq serb, macar, ingilis və alman dillərini bilib.

80 ildə 1658 kitab oxumaq üçün ona hər ayda iki kitab oxumaq lazım gəlib.