Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 13:17:00
MİQ-dən keçib kənarda qalmış müəllimlər bu halda işlə təmin olunur  

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində müvafiq keçid balını toplasa belə, vakant yerlər olmadığı üçün kənarda qalan xeyli namizədlər var.

 

Bəs həmin namizədlər hansı şərtlər əsasında işə qəbul oluna bilərlər?

 

AzEdu.az xəbər verir ki, “Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, həmin müəllimlərin işlə təmin olunması mümkündür.

 

Belə ki, müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlər müddətli müqavilə ilə işə qəbul oluna bilirlər. Bu proses Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, müddətli müqavilə ilə işə qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.