Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 11:11:00
Dünyanın ən yaxşı uşaq bağçası

Tokio yaxınlığındakı Fuji uşaq bağçası “dünyanın ən yaxşı uşaq bağçası” adlandırılıb. Burada uşaqlar üçün sehrli mühit yaradılıb. Bağça binasının oval damı uşaqlar üçün böyük oyun meydançasıdır. Sinif otaqları birbaşa ağacların arasında quraşdırılıb.

 

AzEdu.az xəbər verir ki, arxitektorlar ata-ana (ər-arvad) Tezuka öz övladlarınının hərəkətlərini izləyərək, vərdiş və istəklərini nəzərə alaraq uşaq mərkəzli bir bina dizayn ediblər. Takahanu Tezuka Ted Talks-da “Gördüyünüz ən yaxşı uşaq bağçası” adlı çıxışında bu barədə danışıb.

 

Uşaqların oyun meydançası

Open photo

 

“Biz bağçanı sonsuz bir dairə kimi dizayn etdik.

Damdan enən pilləkənlərin aşağısına kiçik bir torpaq təpəsi qoyduq, bunu, əslində addımların sayını azaltmaq məqsədilə etmişdik. Lakin sonra uşaqlar palçıq qablar düzəltmək üçün təpədən torpaq götürməyə başladılar. Altı yüz uşaq yavaş-yavaş torpağı daşıdıqca təpə yox olmağa başladı. Tikinti şirkəti yenidən torpaq təpə quraşdırdı.

Open photo

 

Bilirik ki, uşaqlar sürüşməyi sevirlər, dizayna bunu da əlavə etdik. Fikrimizcə, bu, uşaqlara nə etməli olduqlarını anlamaqda kömək edir. Uşaqlar əllərində heç bir alət olmadan düşünür və özlərinə məxsus oyunlar yaradırlar.

 

Məlumdur ki, dünyadakı zəlzələlərin 10 faizi Yaponiyada baş verir. Buna görə də uşaqlar bağçada təhlükəsizliklə bağlı məşqlər edirlər. Üzərlərinə düşə biləcək ən xırda cisimdən qorunmaq üçün masalarının düz altında olan başlıqları götürüb geyinirlər”.

 

Memarların fikrincə bu, əsl yapon yanaşmasıdır.

 

Yaponiyanın tikinti qanunlarına görə, barmaqlıqlar arasındakı məsafə on santimetr olmalıdır ki, uşaqların başları ilişməsin. Amma bu qaydalar uşaqların barmaqlıqlar arasından ayaqlarını sallayıb oynamasına mane olmur. Layihə müəllifləri “hər şey oyuncaq ola bilər” yanaşmasının tərəfdarlarıdır.

Open photo

 

“Biz ərazidəki ağacların arasında bina tikməli olduq. Bu asan olmadı. Ən azı ağacların özü qədər uzun olan kökləri kəsə bilməzdik. Uşaqların ağacların ətrafındakı çuxurlara düşməməsi üçün həmin yerlərə təhlükəsizlik torları çəkmişik. Amma uşaqları tanıdığımızdan əmin idik ki, bu torlar da onların oyuncaqlarından biri olacaq. Onlar  tullanmaq və yellənmək istəyirlər. Bu, uşaqlara başqa oyun formaları düşünmək üçün imkanlar yaradır. 

Sinif otaqları arasında divarlar yoxdur. Siniflərin səsi bir-birinə qarışır və çöldən gələn səslər içəri daxil olur”.

Dizaynerlər və tərbiyəçilər  səs-küyün vacib olduğunu düşünürlər. Uşaqlar sakit bir yerdə qalanda həm darıxır, həm də qıcıqlanırlar.

 

Oturacaq bəzən qatara çevrilir

Məktəbdə yüngül ağac materialından hazırlanmış altı yüz qutu var. Uşaqlar bu qutulardan həm oturacaq, həm də oyuncaq kimi istifadə edirlər. Əslində isə qutular məktəbdaxili ləvazimatları siniflərə daşımaq üçün hazırlanıb. Uşaqlar bu qutuları qatara  çevirib içində oturur və bir-birini itələməklə əylənirlər.  Qutuların materialı çox yüngül olduğundan başlarını qutuların küncünə vursalar belə, zədələnmirlər.

Open photo

 

Sinfə ağaca dırmaşmaqla getmək

 

Ağacın daşdan daha vacib olduğunu düşünən yapon arxitektorlar  binanın mümkün qədər yüngül olmasına çalışıblar. Bu bağçada uşaqlar otaqlardakı ağaclara dırmaşmağa həvəsləndirilirlər. Uşaq kifayət qədər güclüdürsə, yuxarı budaqlara qalxa bilər. Başqa məktəblərdə təhlükəsizlik baxımından buna icazə verilməyə bilər. Lakin bu bağçadakı təlim və tərbiyənin  əsas prinsipi uşaqların öz hədlərini bilmələridir. Bağça rəhbərliyi deyir ki, onlar harada dayanmaq lazım olduqlarını bilirlər.

Open photo