Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 09:55:00
Builki sertifikasiyada iştirak edəcək müəllimlərin sayı açıqlandı - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu ilin yayında ölkə üzrə bütün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur.

 

Prosesə ötən il sertifikasiyadan uğursuz nəticə göstərmiş ibtidai sinif müəllimləri də cəlb olunacaq.
 

 Bəs ötən il sertifikasiyadan keçə bilməyən neçə ibtidai sinif müəllimi olub? Sertifikatlaşdırmada iştirak edəcək Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sayı neçə nəfərdir?

 

AzEdu.az-ın bu mövzularla bağlı sorğusuna Elm və Təhsil Nazirliyi cavab verib:

 


Bildirilib ki, 2023-ci ildə ibtidai sinif üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesində 2803 müəllim təkrar iştirak edəcək.

 

Nazirlikdən qeyd edilib ki, ölkə üzrə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sayı 15458 nəfərdir. Qeyd edək ki, onların hamısı sertifikasiya imtahanında iştirak etməyəcək.

 

Sertifikasiya prosesindən azad olunan müəllimlər bunlardır:

 

- Hamilə qadınlar;

 

- Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);i

 

- İlk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;

 

 - Azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

 

Nazirlikdən bildirilib ki, hazırda təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı sistem üzərindən regional Təhsil idarələri tərəfindən qeydiyyatı davam edir. Qeydiyyat bitdikdən sonra yekun statistika təqdim ediləcək.