Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 11:11:21
DİM sədri buraxılış imtahanlarındakı şikayətlərdən DANIŞDI

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimaiyyət arasında müzakirə olunan buraxılış imtahanlarının məzmunu və mürəkkəblik dərəcəsinə toxunub.

 

AzEdu.az xəbər verir ki, Məleykə Abbaszadə buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığı və müvafiq fənlər üzrə təhsil proqrami - kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyi vurğulayıb.

"İmtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var. Bütün bunlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür. Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik. Bəzən oxuyub-anlama bacarığını yoxlamaq üçün imtahanda istifadə olunan hansısa bir mətnin həcminin böyük olması, məzmununun çətin və ya proqramdan kənar olması ilə bağlı iddialar səsləndirilir. Bu il imtahanda istifadə olunan "Telekinez" lə bağlı mətn daha çox müzakirələrə səbəb olub. Halbuki, həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ile eynidir.

 

Səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir. 4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın (səh. 226, 2015-ci il, e- derslik edu az). Görün "Telekinez" haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016 cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər. İmtahan nəticələri elmi statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında nəsə demək düzgün deyil.

 

Dünən son 4 ilin göstəriciləri ictimaiyyətə təqdim olundu. Hamısı bir-birinə yaxındır. Builki nəticələri də yoxlama prosesi bitdikdən sonra elan edəcəyik. Bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri tərəfindən da ziddiyətli fikirlır eşidirik Test sisteminin əzbərçiliyə səbəb olmasını vurğulayırlar. Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda çətindir deyirlər".


Riyaziyyat fənninə aid suallarla bağlı səslənən fikirlərə münasibət bildirən M.Abbaszadə tapşırıqların iştirakçıların yazılı cavablarının statistik təhlili əsasında bir daha araşdırılacağını və yekun qərarı ekspert komissiyasının verəcəyini qeyd edib.