Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 11:39:08
Azərbaycanlı şagird Massaçusets Texnologiya İnstitutunun tələbəsi oldu

Azərbaycandan olan daha bir qız şagird ABŞ-ın nüfuzlu Massaçusets Texnologiya İnstitutuna (MIT) birbaşa qəbul olunub.

AzEdu.az xəbər verir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva bu uğura nail olub.

Fidan Qarayeva riyaziyyat fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olub.


Qeyd edək ki, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı da Massaçusets Texnologiya İnstitutunun Kimya Mühəndisliyi üzrə bakalavr səviyyəsinə daxil olub.