Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 11:26:45
Azərbaycanlı qız dünyanın ən yaxşı universitetinə QƏBUL OLUNUB

Azərbaycanlı şagird dünyanın ən yaxşı universitetlərindən sayılan Amerikanın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub.

AzEdu.az xəbər verir ki, 16 yaşlı Dəniz Səttarlı tam təqaüdlə Kimya Mühəndisliyi üzrə bakalavr səviyyəsinə daxil olub.

Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin məzunu olan Dəniz açıqlamasında uğurunun sirlərini bölüşüb:

“İlk olaraq onu deyim ki, Amerikada və bir çox xarici ölkələrdə təhsil almaq üçün məktəbdəki yaxşı qiymətlər və nəticələr bəs etmir. Mən 9-cu sinifdən bəri olimpiadalara qatılırdım. Kimya üzrə beynəlxalq səviyyəli olimpiadalarda ölkəmizi təmsil etmişəm. Müxtəlif dərəcəli mükafatlarım və medallarım var. Daim öz üzərimdə çalışdım və uğur qazanacağıma inandım”.


Qeyd edək ki, Dəniz Səttarlı MIT-ə Azərbaycandan bakalavr üzrə daxil olan ilk qız məktəblidir.