Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 07:51:00
Günün havası - Küləkli, 26 dərəcə isti...

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.