Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 16:50:02
Cinsini dəyişdi, diplomdan məhrum oldu

Rusiyanın Müqəddəs Tixonovski Pravoslav Hümanitar Universiteti keçmiş tələbəsinə diplomunun surətini verməkdən imtina edib.

AzEdu.az xəbər verir ki, keçmiş məzun diplomun nüsxəsini cinsini dəyişməsi ilə əlaqədar yeni ad və soyad götürdüyünə görə almaq istəyib.

Diplomu alan zaman qız olan məzun sonradan cinsini dəyişərək kişiyə çevrilib.

Universitet diplomu dəyişməkdən imtina  edib. Orada bildiriblər ki, diplomun nüsxəsi adətən diplom itərkən eyni ad və soyad daşıyan şəxsərə verilir. İndi  isə söhbət yeni diplomun verilməsindən getdiyinə görə iddiaçının tələbini yerinə yetirmək mümkün deyil.