Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-08 00:24:46
8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunur

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

AzEdu.az xəbər verir ki, dünyanın bir çox ölkələrində 8 Mart əməkçi qadınların günü kimi qeyd olunur.  

1908-ci ildə 15 qadın iş gününün qısaldılması, əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə ABŞ-ın Nyu-York şəhərində nümayişə çıxıb.

1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Danimarkanın paytaxtı Kopenhagendəki  konfransda Qadınlar günü təsis etməyi təklif edib.

17 ölkədən yüzə yaxın konfrans iştirakçısı təşəbbüsü yekdilliklə dəstəkləyib.


İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu günü qeyd etməyə başlayıblar.

1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib. 

 Azərbaycanda bu bayramı 1917-ci ildən qeyd etməyə başlayıblar.

8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü elan olunub. 

2023-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir.