Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 12:42:59
Jurnalistika ixtisasında təhsilin məzmunu yenilənməlidir - AKADEMİK

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin geniş tətbiqi, eləcə də yeni məzmunda informasiyaların meydana gəlməsi jurnalistlərin və media qurumlarının daha rəqabətqabiliyyətli olmasını, zamanla ayaqlaşmasını tələb edir. Bu baxımdan Azərbaycanın ali məktəblərində jurnalistika ixtisası üzrə təhsilin məzmununun yenilənməsinə ciddi ehtiyac vardır.

AzEdu.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda deyib.

Akademik ölkəmizdə jurnalistika sahəsində kadr hazırlığı ilə bağlı bəzi problemlərə diqqət çəkib, eyni zamanda, bir sıra təkliflər irəli sürüb. Rasim Əliquliyev jurnalistika fakültələrində beynəlxalq təcrübəni nəzərə alaraq, tədris olunan fənlərin monitorinqinin aparılması, müasir dövrün tələblərinə cavab verən, yeni bilikləri tədris edən kafedraların yaradılması, eləcə də texnoloji və innovativ biliklərin daşıyıcısı olan yeni nəsil jurnalistlərin yetişdirilməsinin zəruriliyini önə çəkib.